Gürcüstandan Rusiyaya etiraz notası

Gürcüstandan Rusiyaya etiraz notası
  11 Avqust 2015    Oxunub:1944
Gürcüstan Xarici İşlər Nazirliyi İsveçrə səfirliyi vasitəsilə Rusiya Federasiyasına nota təqdim edib.
AzVision.az `Qruziya Online`-a istinadən xəbər verir ki, notanın göndərilməsinə səbəb Çxinval regionunda Gürcüstan və separatçı Cənubi Osetiyanın sərhədini göstərən bannerin quraşdırılmasıdır.

Gürcüstan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, notada Qoriysk rayonu, Çitelbuni kəndi yaxınlığında separatçı rejimlə sərhədi göstərən bannerin təkrar quraşdırılmasına etiraz öz əksini tapıb.

Qeyd edək ki, Gürcüstan XİN-i daha əvvəl Cənubi Osetiya ilə sərhəd zolağını göstərən bannerin quraşdırılması ilə əlaqədar Rusiyaya etiraz notası göndərmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti