ABŞ-da polislə etirazçılar arasında qarşıdurma

ABŞ-da polislə etirazçılar arasında qarşıdurma
  11 Avqust 2015    Oxunub:1491
ABŞ-ın Ferqüson şəhərində polislə etirazçılar arasında baş vermiş qarşıdurmadan sonra Sent Luis dairəsində fövqəladə vəziyyət elan olunub.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, dairə üzrə icra hakimiyyətinin rəhbəri Stiv Stengerin imzaladığı sərəncama əsasən, dairə polisinin rəhbəri Con Belmara Ferqüson polisinə rəhbərlik etmək üzrə əlavə səlahiyyətlər verilib.

Qeyd edək ki, ötən gün gecə saatlarında Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilib.


Teqlər:  





Xəbər lenti