Poroşenko erməni naziri işdən çıxardı
Bu haqda bu gün jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Artyom Şevçenko bildirib. Şevçenko qeyd edib ki, Avakov müddəti dəqiqləşdirilməyən məzuniyyətə gedib. 1978-ci ildə Tiflisdə anadan olmuş Yekaterina Zquladze Gürcüstan Daxili İşlər Nazirliyində islahatların spikeri kimi tanınır. Zquladze 14 yaşında Freedom Support Act proqramı üzrə təqaüd alıb və ABŞ-ın Oklahoma Universitetinin kollecində hüquq təhsili alıb. Yekaterina Tiflis dövlət universitetinin beynəlxalq jurnalistika fakultəsini bitirib.
Eka 2004-2005 ildə hakimiyyətə gəlişinə qədər, Millenium Challenge Corporation ABŞ hökumət agentliyinin gürcü bölməsində işləyib. 2004-2005-ci və 2006-2012-ci illərdə Gürcüstan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. 2012-ci il sentyabrın 19-dan oktyabrın 25-nə qədər nazir vəzifəsini icra edib. Korrupsiyayla, kriminal qruplaşmalarla və kölgə biznesi ilə mübarizədə gürcü pəhləvanı, gürcü polisinin islahatçısı - Ukraynada Yekaterina Zquladzenin fəaliyyətini belə təsvir edirlər. Daxili işlər nazirinin müavini vəzifəsində yeddi il işləyən Eka Zquladze DİN sistemində aparılan islahatlara rəhbərlik edib. O, hüquq-mühafizə orqanlarında radikal islahatları ilə məşhurdur. Buna DİN əməkdaşlarının maaşlarının qaldırılması, ştatların ixtisarı eləcə də korrupsiya ilə mübarizə daxildir.
İlk nikahı boşanma ilə nəticələnən Zquladze hazırda tanınmış fransalı publisist-yazar Andre Qlüksmanın oğlu jurnalist Rafael Qlüksman ilə evlidir. Cütlüyün bir oğlu var. (Ans)
Teqlər: