Neonasistlərin ən fəal olduqları şəhərlər – Almaniyada

Neonasistlərin ən fəal olduqları şəhərlər – Almaniyada
  10 Avqust 2015    Oxunub:1471
Brandenburq Berlin əyaləti üzrə ikinci şəhərdir ki, miliyyətçi ekstrimistlərin ən sıx olduğu nöqtə kimi tanınır. Brandenburqun əhalisinin 2,98%-i ultra-sağçı siyasi baxışının təmsilçiləridir. Bu da həmin şəhərdə yaşayan gəlmələrə qarşı irqçi zəmində baş verə biləcək hücum halları riskini artırır.

AzVision.az Almaniyanın “Tagesspiegel” qəzetinin yazdığı informasiyaya əsasən bildirir ki, dövlət tərəfindən açıqlanan rəsmi statistik göstəricilərə görə Brandenburq neonasistlərin ən çox fəal olduğu şəhərlər sırasına daxildir.

Ümumiyyətlə, Nordrhayn-Vestfalen 2,11%, Berlin 2,81%, Türingen 2,27% və Meklenburg-Forpommern 2,19% əyalətləri üzrə sağ sektorun üzvlərinin sayında ciddi çoxalma müşahidə olunur. Təkcə Nordrhayn-Vestfalen əyalətinin 2013-cü ilə dair statistikasında 1,09% sağçı olduğu halda, hal-hazırda bu faiz göstəricisi 2,11%-ə yüksəlib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti