Messi və Arda azərbaycanlılarla birlikdə
Canlı `zəncir`də 9 ölkədən olan uşaqlar iştirak edəcək. Məlumata əsasən burada Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Türkiyə, Ermənistan və Azərbaycandan olan uşaqlar təmsil olunacaq.
Aksiya dostluq və birliyi simvolizə edəcək. Canlı `zəncir` Con Lennonun `İmagine` mahnısının sədaları altında formalaşdırılacaq.
Qeyd edək ki, `Barselona` və `Seviliya` sabah Bakı vaxtilə saat 23:45-də qarşılaşacaq.
Eldar Tanrıverdiyev
AzVision.az