Türkiyədə qan dayanmır - Beş şəhid (Video)

Türkiyədə qan dayanmır - Beş şəhid (Video)
  10 Avqust 2015    Oxunub:2794
Türkiyədə növbəti dəfə terror aktı törədilib.
AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Şırnak bölgəsinin Silopi rayonunda baş verib. Belə ki, zirehli maşında olan polislər terrorçu PKK-nın gənclər qolunun hərəkətinin qarşısını almaq üçün məhəlləyə daxil olub. Bu zaman terroçuların quraşdırdığı mina işə düşüb. Nəticədə 4 polis həlak olub.



Bundan başqa Şırnaqın Beytüşşebap bölgəsində hərbçiləri daşıyan helikopter raket hücumuna qalıb. Nəticədə 1 hərbçi şəhid olub, 1 nəfər isə yaralanıb.



Hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterlər PKK terror təşkilatının ərazidəki mövqelərini atəşə tutub.


Teqlər:





Xəbər lenti