Merkel `Ştazi`nin casusu olub – ARXİV FOTOLARI

Merkel `Ştazi`nin casusu olub – ARXİV FOTOLARI
  10 Avqust 2015    Oxunub:18382
Almaniya kansleri Angela Merkel iki alman dövləti birləşənədək keçmiş Almaniya Demokratik Respublikasında yaşayıb. Şərqi Almaniyada yaşadığı müddətdə xanım Merkelin “Ştazi” adlı xüsusi xidmət orqanına çalışdığı iddia olunur. Almaniya Demokratik Respublikasında “Stazi”yə çalışarkən onun kod adının “Erika” olduğu sənədlərdə deyilir.

1980-cı ildə Angela Merkelin “Ştazi”nin rəhbəri, kommunist Robert Havemann ilə ilk dəfə görüşdüyü deyilir. Elə həmin dönəmdən başlayaraq Merkel “Ştazi” və kommunist rejimi üçün çalışıb. Həmin illərdə Şərqi Almaniyada Kilsənin və “Ştazi”nin nəzarəti altında Merkelin də ilk üzvlərindən olduğu gizli qrum yaranıb. Məhz bu gizli qrumun üvlərindən Lothar de Maizire və Angela Merkel sonradan Şərqi Almaniya hökumət kabinetinə gətiriliblər.

“Ştazi” xüsusi xidmət orqanın gizli dosyelərində Angel Merkelin birbaşa “Ştazi”yə, ya da dolayısı ilə “KQB”yə çalışdığı qeyd olunur.

O ərəfədə AFR-də Helmut Kol Lothar de Maiziredən daha üstün seçim imkanlarına sahib idi. Lakin Almaniya birləşdikdən sonra Lothar de Maizirenin komandasından Angela Merkel Qərbi Almaniya hökumətində önəmli posta seçildi.

“Ştazi” xüsusi xidmət orqanı zamanında Almaniya Federativ Respublikasında casus şəbəkəsi qurmağı bacarmışdı. Kansleri Villi Brandtın koalison hökumətində “Ştazi”nin casusu ifşa olunmuşdu. Eyni sözləri AFR-in xüsusi xidmət orqanı “BND”-yə də aid etmək olar, məsələn, “BND”-nin ADR-dəki agenti Felfe “Stasi” tərəfindən deşifrə olunmuşdu.



“Ştazi”yə məxsus arxiv sənədlərində qeyd olunur ki, Angela Merkel 1984-cü ildən 90-cı illərə qədər “KQB”yə işləməklə bərabər, ADR Dövlət Təhlükəsizlik Nazirliyinin imzası ilə öz üzərinə götürdüyü bütün öhtəliklərdən dolayı təltif olunmuşdu. Xüsusən qeyd etmək lazımdır ki, Angel Merkel “Azad Alman Gəncliyi” adlı sovet-alman qurumundakı aktivliyindən dolayı “Lessing” medalına da layiq görülüb.

“Azad Alman Gəncləri” (FDJ) adlı sovet-alman birliyini əks etdirən qurumda Angela Merkel “Ştazi”nin təbliğat maşını funksiyasını icra edib. 1989-cu ildə iki alman dövlətinin birləşməsinin astanasında DDR-in azad və müstəqil kommunist dövləti kimi qalmasının tərəfdarı olduğunu bildirib.

1984-cü ildə Angela Merkelin ofis yoldaşı olmuş, həm də “Ştazi”yə çalışmış Mixael Şindhelm sonralar yazdığı “Roberts Səfərdə” adlı kitabında “KQB”yə çalışmış, kod adı `Erika` olan qadın iş yoldaşını da ətraflı təsvir edir.

Qeyd edək Angela Merkelin atası Horst Kasner də “Ştazi” casusu olub.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti