İŞİD-dən növbəti dəhşət - 300 nəfər edam edildi

İŞİD-dən növbəti dəhşət - 300 nəfər edam edildi
  10 Avqust 2015    Oxunub:3024
İŞİD terror qruplaşmasının döyüşçüləri İraq ali seçki komissiyasının 300 üzvünü edam edib.

Oxu.Az xəbər verir ki, bu barədə EFFE agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Terrorçular içərilərində ən azı 50 qadının olduğu əsirləri əl-Qazlani hərbi düşərgəsində güllələyiblər.

İraqın ali seçki komissiyası beynəlxalq ictimaiyyətə və BMT-yə mürəciət edərək, İraq vətəndaşlarının kütləvi qətlinə son qoyulamsında kömək istəyib.

Qeyd edək ki, İŞİD döyüşçüləri öldürülənlərin qohumlarına onların yaxınlarının məhkəməsinin keçirildiyinin və sonunculara ölüm hökmünün çıxarılması barədə məlumat vermişdilər.


Teqlər:





Xəbər lenti