Saakaşvili prokuroru işdən çıxardı

Saakaşvili prokuroru işdən çıxardı
  09 Avqust 2015    Oxunub:2760
Əsas vəzifələrə gənc və istedadlı insanları təyin etmək lazımdır.
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessa prokurorunun vəzifəsindən azad edilməsini bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Rosbalt Ukrayna” siyasətçinin “5-ci kanal”ın efirindəki çıxışına istinadən məlumat yayıb.

Saakaşvili sözlərinə görə, bu ayın sonunadək Odessadakı bütün dövlət idarələrinə yeni rəhbərlər təyin ediləcək. O qeyd edib ki, gənc və istedadlı insanları Odessa vilayətində əsas vəzifələrə təyin etmək lazımdır, çünki yalnız onlar islahatların keçirilməsinə kömək edəcəklər.

Siyasətçi əlavə edib ki, regionda yolların keyfiyyətli təmiri üçün Avropa yenidənqurma və inkişaf bankı ilə əməkdaşlıq etmək lazımdır.


Teqlər:  





Xəbər lenti