Almaniyada azad media sıxışdırılır

Almaniyada azad media sıxışdırılır
  08 Avqust 2015    Oxunub:2295
Almaniyada Baş Prokurorluq tərəfindən “Netzpolitik.org” saytının iki bloger-jurnalisti Makus Bekedal və Andre Mayster dövlətə xəyanətdə ittiham olunaraq sorğuya cəlb ediliblər.
AzVision.az “Bild” qəzetinə istinadən xəbər verir ki, adıçəkilən hər iki jurnalist dövlətə məxsus məxfi məlumatları və sənədləri ictimaiyyətə açıqlamaqda təqsirləndirilir.

Belə ki, federal məhkəmənin məlumatına görə, onlar qanunla yayılması qadağan olunan informasiyaları mətbuata sızdırıblar. Məhz, bu səbəbdən də Baş Prokurorluq tərəfindən barələrində vətənə xəyanət adı altında istintaq başladılıb.

Lakin baş prokuror Harald Range tərəfindən başladılan iş sonradan müvəqqəti olaraq jurnalistlərin istintaqa cəlb edilməməsi ilə bağlı qərarla dayandırılıb.

Almaniya Jurnalistlər Birliyi isə adı çəkilən məsələ ilə əlaqədar məhkəmənin başlatdığı cinayət prosesini mediaya olan hücum kimi dəyərləndirib.

“Netzpolitik.org” saytının rəhbəri Markus Bekedal isə açıqlamasında deyib ki, hökumət bu olayı vaxtikən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə “Spiegel” jurnalının casus jurnalistləri tərəfindən ötrülünən məlumatlarla paralelləşdirir. Elə ona görə də məsələəyə bu qədər sərt yanaşılır.

“Der Westen” qəzeti hadisələ əlaqədar yazır ki, cinayət işinə rəhbərlik edən Almaniyanın baş prokuroru Harald Range işin icrasını yubatdığı və həmin saytda çalışan hər iki jurnalisti hələlik təqsirkar görmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, Almaniyada hökumətin mediaya qarşı basqılarına etiraz olaraq Berlin şəhərində təxminən 2000 nəfərin iştirakı ilə “mətbuata azadlıq” adı altına etiraz aksiyası keçirilirb. Həmçinin ATƏT tərəfindən Almaniyaya mediayanın sıxışdırılması ilə əlaqədar ciddi şəkildə tənqid olunaraq azad mətbuat, söz və fikir azadlığı kimi demokratik prinsipləri pozduğu üçün rəsmi formada xəbərdarlıq edilib.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti