ABŞ `ən ölümcül` silahını təqdim etdi – VİDEO
AzVision.az `CNN`-ə istinadən xəbər verir ki, `Con Uorner` adı verilən qayıq ABŞ-ın `ən ölümcül` silahlarından biri hesab olunur.
Onun su basımı 7800 tondur, o 500 metr dərinliyə qədər enə bilər. Sualtı qayıq `Tomaqavk` qanadlı raketini buraxmaq üçün 12 işəsalma qurğusu, həmçinin MK 48-in ağır torpedaları üçün dörd bölmə ilə təchiz olunub.
Bundan əlavə sualtı qayıq pilotsuz uçan qurğularda havaya buraxa bilər. Belə bir sualtı qayığın qiyməti iki milyard dollardır.
`Bu bizim arsenalımızda olan ən texnoloji və ölümcül silahdır`, - deyə ABŞ admiralı Conatan Hernet bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az