Almanların 33%-i miqrantlara qarşıdır – SORĞU

Almanların 33%-i miqrantlara qarşıdır – SORĞU
  05 Avqust 2015    Oxunub:1353
AzVision.az “Spiegel” jurnalına istinadən xəbər verir ki, Almaniyanın “Emnid” adlı sosial araşdırmalar mərkəzi 502 nəfər arasında keçirdiyi sorğuda insanların miqrant axınına münasibətini öyrənib.

Sorğu iştirakçılarının 33%-i ölkədə qaçqın düşərgələrinin yaradılmasının əleyhinə olduqlarını bildiriblər. Almaniyada Avropa Birliyi tərəfdarlarının 45%-i miqrant sığınacaqlarının ixtisar olunmasını səhv, 39%-i isə doğru addım sayır.

Ümumiyyətlə, almanların 59%-i müvəqqəti qaçqınların ölkədə yerləşdirilməsinə normal yanaşdıqları halda, məskunlaşmaya müsbət baxmırlar.

Almanların 52%-i ölkələrinin qacqınlara qarşı qonaqpərvər davranışına son qoymasını istəyib.

Fərrux


Teqlər:





Xəbər lenti