“Agent 007” qayıdır - VİDEO

“Agent 007” qayıdır - VİDEO
  22 İyul 2015    Oxunub:3501
Məşhur Britaniyalı agent Ceyms Bond haqqında yeni filmin treyleri yayılıb.
AzVision.az məlumatına görə, sayca 24-cü olacaq filmdə 29 oktyabr 2015-ci ildə tamaşaçıların ixtiyarına veriləcək.

“007: Spektr” adlanan filmin rejissoru Sem Mendesdir. Filmdə agent Bond rolunu son iki filimdə olduğu kimi olduğu kimi Deniel Kreyq canlandırıb. Bundan əlavə filmdə Rori Kinnir, Ben Uişou, Reyf Fayns, Endryu Skott, Deyv Batista, Lea Seydu, Monika Belluçi və Kristof Vals çəkilib.

Qeyd edək ki, Bond haqqında sonuncu film “007: koordinatları “Skyfall” iki il əvvəl çıxıb və 1.1 milyard dollar yığaraq franşizanın ən gəlirli filmi olub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti