Alim Qasımov "Vovo" qrupu ilə bir səhnədə

Alim Qasımov "Vovo" qrupu ilə bir səhnədə
  17 İyul 2015    Oxunub:2742
Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova iyulun 18-də Polşada keçiriləcək “Jarocin 2015” musiqi festivalında çıxış edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, festival çərçivəsində onların Polşanın “Vovo” musiqi qrupu ilə birgə çıxışı planlaşdırılır.

“Vovo” qrupunun iki mahnısını duet şəkilində oxuyan A. Qasımovun ifası qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri “Jarocin 2015” festivalında A. Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər.

Qeyd edək ki, A. Qasımovun növbəti konsert proqramı avqustda Malayziyada reallaşacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti