Avropadan Yunanıstana yardım – 7 milyard avro

Avropadan Yunanıstana yardım – 7 milyard avro
  15 İyul 2015    Oxunub:2377
Yunanıstan parlamenti kreditorlarla sazişi təsdiqləyəcəyi təqdirdə Avropa Komissiyası bu ölkəyə iyulda 7 milyard avro dəyərində kredit ayıracaq.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 13-ü Yunanıstan və kreditorlar arasında razılıq əldə olunub.

Yunanıstana üç il ərzində 90 milyard avro ayrılmasını nəzərdə tutan makro maliyyə köməyi haqqında paketin Avroqrupun iyulun 15-i keçirilən iclasında qəbul ediləcəyi gözlənilir.

Yardım paketini almaq üçün Yunanıstan parlamenti, ƏDV-nin artırılması, pensiya islahatı, dövlət mülkiyyətinin özəlləşdirilməsi, müəssisələrin müflisləşməsi üzrə yeni qanunvericilik, Milli Statistika Agentliyinin müstəqilliyinə dair zəmanət və s kimi islahatlar paketini qəbul etməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti