İrəvanda məşhur avtoritet öldürüldü
Yayılan məlumatlara görə, 35 yaşlı avtoriteti həyat yoldaşı və qızının gözü önündə qətlə yetiriblər. Lakin hadisənin daha bir şahidi olub. Hadisə zamanı maşında olan Arturun qaynı ona atəş açan şəxsi görüb.
Bəzi məlumatlara görə, bir neçə gün əvvəl Artur Ovannisyan və Çiçəklənən Ermənistan Partiyasından deputat seçilən Abraam Manukyanın oğlu Artur Manukyan arasında konflikt yaşanıb.
`Yeri gəlmişkən, deputatın oğlu İrəvanın keçmiş polis rəisi Nersik Nazaryanın kürəkənidir. Biz bu məlumatları Abraam Manukyandan dəqiqləşdirməyə çalışsaq da, deputat onun oğlunun məsələdə əli olmadığını bildirib: `Bu 100 faizlik şayiədir`.
Eldar Tanrıverdiyev
AzVision.az