Diktatorun ölkəsində ilk dəfə konsert veriləcək
Qrupun avqust ayının 19-u və 20-i Pxenyanda iki konsert verəcəyi planlaşdırılıb. Konsertlər Koreya yarımadasının Yaponiya müstəmləkəsindən azad olmasının 70 illiyinə həsr olunub və 2000 nəfərlik zalda baş tutacaq.
Konsert proqramı 35 il fəaliyyət göstərmiş musiqi qrupunun ən məhşur mahnılarından və Şimali Koreya milli mahnılarından ibarət olacaq.
Qrupun tənqidçiləri iddia edirlər ki, Laibach siyasi və milliyyətçi rəmzlərdən həddindən artıq çox istifadə edir.
Pərəstişkarlar isə, qrup üzvlərinin səhnəyə hərbi geyimlərdə çıxmasını totalitarizm ideologiyasına qarşı etiraz kimi dəyərləndirirlər.
Teqlər: