İrəvanda etirazlar yenidən qızışdı
APA-nın news.am-a istinadən məlumata görə, etirazçılar 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı tələb edirlər.
“Prokurorluq səlahiyyət hədlərini aşmış polislərin cəzalandırılmasına dair bizə zəmanət verməyənədək, buranı tərk etməyəcəyik”, deyə fəallardan biri Maksim Sarkisyan bildirib.
Xatırladaq ki, iyunun 23-də İrəvan polisi “Talana yox” hərəkatının nümayişini dağıtmış, 237 nəfər, o cümlədən media nümayəndələri saxlanılmışdı.