Putinin ölkəsində 22 milyon insan yoxsuldur
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Olqа Qolodets bildirib. Onun sözlərinə görə, yoxsulluq içində yaşayan əhalinin sayı 22 milyon nəfərə çatıb: "Bu rəqəm kritik səviyyədir".
Rusiya Federal Statistika Xidmətinin hesabatında ölkədə yoxsulluq həddində yaşayan əhalinin sayı keçən illə müqayisədə 3,1 milyon nəfər artaraq 21,9 milyon nəfərə yüksəlib. Yoxsul əhalinin sayının artmasında inflyasiya rəqəmlərinin artması və gəlirlərin azalması da rol oynayıb.
Qeyd edək ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin ölkədə ikinci bir iqtisadi böhran dalğasının gözlənilmədiyini, ölkə iqtisadiyyatının 2016-cın ilik birinci yarısından etibarən böyüməyə başlayacağını söyləyib. А.Kudrinin sözlərinə görə, neftin qiyməti yenidən 40 dollar səviyyəsinə ensə, o zaman çətinliklər yaşana bilər. Sabiq nazir Rusiya ilə Qərb ölkələri arasında təzyiqin yenidən yüksəlməsinin ölkə iqtisadiyyatı üzərində mənfi təsir yaradacağı xəbərdarlığını da edib.
Teqlər: