Arvadından məşhur aktyora qadağa: `Coli ilə işləmə`
AzVision.az xəbər verir ki, bu barədə o, Avstraliyanın `Today Show`ya müsahibəsində bildirib.
“Mən həyat yoldaşımın agentinə dedim ki, ona Coli ilə birgə çəkilməyi qadağan edirəm. Əlbəttə, o sevimlidir, xeyriyyəçilik və uşaqların övladlığa götürülməsi istiqamətində gördüyü işlər mənim xoşuma gəlir, amma yenə də...”, - deyə Ferness bildirib.
Daha sonra Cekmanın həyat yoldaşı əlavə edib ki, bütün bunlar zarafat idi.
Ailə həmçinin etiraf edib ki, onlar iki həftədən çox ayrı qala bilmirlər: “Hyu yaxşı zarafat edir və mən ondan ötrü darıxıram”.
Məşhur cütlük vurğulayıb ki, karyera onlar üçün vacibdir, lakin ailə hər şeydən öndə gəlir.
Cekmen və Ferness təxminən 20 ildir evlidir. Ferness Cekmandan 13 yaş böyükdür.
Eldar Tanrıverdiyev
AzVision.az