Avropa Oyunları Mançesterdə keçirilə bilər

Avropa Oyunları Mançesterdə keçirilə bilər
  28 İyun 2015    Oxunub:2552
Mançester Avropa Oyunları - 2023-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər.
Bu sözləri BBC-yə müsahibəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

P.Hikki həmçinin 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyini irəli sürdüyünü də qeyd edib.

“Faktiki olaraq 2023-cü ildə Avropa Oyunlarının Mançesterdə keçirilməsi ilə bağlı qərarın dəqiqləşdirilməsi üçün Mançesterdən müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər,” - deyə AOK prezidenti qeyd edib.


Teqlər:





Xəbər lenti