AŞPA Rusiyanı işğalçı dövlət elan etdi

AŞPA Rusiyanı işğalçı dövlət elan etdi
  26 İyun 2015    Oxunub:2032
Avropa Şurası Parlament Assambleyası Donbasdakı münaqişə zamanı itkin düşmüş şəxslər barədə qətnamə qəbul edib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Yevropeyskaya Pravda” nəşri məlumat yayıb.

Qətnaməyə əsasən, Ukrayna tərəfinə itkin düşmüş şəxslərin ailələrinə yardım göstərmək və itkin düşmüş şəxslər haqında qanun qəbul etmək öhdəliyi qoyulub.

Bundan başqa, AŞPA Rusiyanı işğalçı dövlət, Krım yarımadasını isə işğal olunmuş ərazi kimi tanıyıb. Səsvermədə iştirak edən 55 deputatdan 7-si Rusiyanın işğalçı dövlət kimi tanınmasının əleyhinə səs verib.


Teqlər:





Xəbər lenti