Gürcüstan Azərbaycandan kömək istədi

Gürcüstan Azərbaycandan kömək istədi
  26 İyun 2015    Oxunub:2677
Tbilisidə baş vermiş təbii fəlakət nəticəsində itkin düşmüş 3 nəfərin axtarışları hələlik heç bir nəticə verməyib. Axtarışlar Kür çayında da aparılıb.
“Rustavi-2” kanalının məlumatına görə, Gürcüstan hökuməti axtarışların Azərbaycan ərazisində davam etdirilməsi barədə qərar qəbul edib və bununla əlaqədar Azərbaycanın müvafiq strukturlarına müraciət olunub. Ölkə ərazisində, Kür çayı boyunca axtarışların aparılmasına kömək göstərilməsi Azərbaycan tərəfindən xahiş edilib.

Xatırladaq ki, iyunun 13-dən 14-nə keçən gecə Gürcüstan ərazisinə yağan güclü leysan yağışları paytaxt Tbilisidə də ciddi fəsadlar törədib. Vera çayının qarşısındakı bəndin uçması nəticəsində şəhər infrastrukturuna ciddi ziyan dəyib. Daşqınlar nəticəsində 19 nəfər həlak olub, 3 nəfər rəsmən itkin düşmüş elan olunub, ümumiyyətlə isə 457 nəfər ziyan çəkib. (Azərtac)


Teqlər:





Xəbər lenti