Ruslar Obama və ABŞ-ı əsas düşmən adlandırdı

Ruslar Obama və ABŞ-ı əsas düşmən adlandırdı
  25 İyun 2015    Oxunub:2130
Rusların 37 faizi ABŞ və onun prezidenti Barak Obamanı cəmiyyət, mədəniyyət və dəyərlərin əsas düşməni adlandırıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin (İRÖÜM) keçirdiyi hesabatda bildirilir.

Rəyi soruşulanlar həmçinin, düşmən kimi Avropa (9 faiz), Ukrayna və onun hakimiyyətini (8 faiz), İslam terrorçularını (3 faiz), faşistləri (2 faiz), korrupsionerləri (2 faiz), Böyük Britaniyanı (2 faiz) adını çəkib.

İRÖÜM sorğunu 16-17 may tarixlərində keçirib. Sorğuda Rusiyanın 49 regionundan 1600 nəfər iştirak edib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti