Rusiya Avropaya qarşı sanksiyaların müddətini artırdı

Rusiya Avropaya qarşı sanksiyaların müddətini artırdı
  25 İyun 2015    Oxunub:1918
Baş nazir Dmitri Medvedyev rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edən ölkələrdən Rusiyaya məhsul idxalını qadağan edən qanun layihəsinin müddətinin artırılması barədə sərəncam imzalayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Baş nazirinin sözlərinə görə, bütün məhsul embarqosunun bütün elementləri saxlanılıb.

Qeyd edək ki, iyunun 22-i Avropa İttifaqı ölkələrinin Brüsseldəki daimi nümayəndələri Rusiya Federasiyasına qarşı tətbiq olunmuş sanksiyaların müddətinin 2016-cı il yanvarın sonuna qədər uzadılması barədə razılığa gəliblər.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti