ATƏT Ermənistandakı etirazlardan narahatdır
Müvafiq çağırış ATƏT-in rəsmi saytında yerləşdirilib.
“Ermənistan ATƏT-ə üzv olan bütün ölkələr kimi öz üzərinə azad toplaşmaq hüququnu qorumaq öhdəliyini götürüb və indi tam şəkildə İrəvanda etiraz edənlərin hüquqlarına hörmət etməlidir”, - deyə Link qeyd edib.
ATƏT rəsmisi qeyd edib ki, etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə və yüzlərlə etirazçının polis tərəfindən saxlanılmasına dair məlumatlar bizim ciddi narahatçılığımıza səbəb olur: “Həddən artıq güc tətbiqi, insanların əsassız şəkildə tutulmasına dair məlumatlar, bəyanatlar diqqətlə və operativ formada araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır”.
Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.
Eldar Tanrıverdiyev
Azvision.az