Erməni müğənni Azərbaycan mahnısı oxudu- Video

Erməni müğənni Azərbaycan mahnısı oxudu- Video
  25 İyun 2015    Oxunub:8024
Dəfələrlə Azərbaycanın maddi-mədəni irsinə aid nümunələri öz adına çıxarmaqla məşğul olan ermənilər bu dəfə məşhur xalq mahnımız “Ay qız kimin qızısan?” mahnısını özününküləşdirib.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu günlərdə erməni telekanallarından birində yayımlanan verilişdə bu mahnı erməni mahnısı kimi təqdim edilib.

Özünü professor kimi təqdim edən veriliş aparıcılarından biri isə tamaşaçılara mahnıdakı “dilim-dilim” sözünün qədim erməni sözü olduğunu elan edib.
Bu barədə Facebook-dakı şəxsi profilində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Erməni araşdırma mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi bildirib.

İsmayıl Tanrıverdinin bildirdiyinə görə, mahnının sözləri isə aşağıdakı kimi təqdim olunub:
“Dur danaqı - ver bıçağı, xndzor qisem - alma bölüm, dam yarın - verim yarıma, dilim-dilim -- dilim-dilim”.






Teqlər:





Xəbər lenti