Radik İsayev finalda- Yenilənir

Radik İsayev finalda- Yenilənir
  19 İyun 2015    Oxunub:4122
Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq.
AzVision.az-ın məlumatına görə, son yarış günündə ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. Hər iki çəki dərəcəsində taekvondoçularımız ölkəmizi təmsil edir.

+80 kq çəki dərəcəsində yığmamızın lideri Radik İsayev ilkin mərhələdən azad olduğundan 1/4 finalda Jeron Vanruij (Hollandiya) – Ali Sarı (Türkiyə) cütlüyünün qalibi ilə qarşılaşacaq.

+67 kq çəki dərəcəsində 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşacaq. O, ilkin mərhələdə ukraynalı Marina Koniyeva ilə üz-üzə gələcək.
***
+67 kq çəkidə mübarizəyə başlayan idmançımız Mariya Tedeyeva ukraynalı Marina Koniyevaya uduzub. İAzərbaycan təmsilçisi 4:10 hesabı ilə rəqibinə məğlub olub.

***

80 kq çəki dərəcəsində mübarizə aparan Radik İsayev hollandiyalı Jeron Vanruiju ilə mübarizəyə başlayıb. İdmançımız rəqibini 8:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
***
Radik İsayev yarımfinalda sloveniyalı İvan Traykoviçlə üz-üzə gəlib. O, rəqibinə 17:2 hesabı ilə vaxtından əvvəl qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti