Güləşçilərimizdən möhtəşəm nəticə: 15 medal qazandıq

Güləşçilərimizdən möhtəşəm nəticə: 15 medal qazandıq
  19 İyun 2015    Oxunub:3270
Azərbaycan güləşçiləri Bakıda 2015 birinci Avropa Oyunlarının güləş yarışlarını ümumilikdə 15 medalla başa vurublar. Onlardan 6-sı qızıl, 2-si gümüş, 7-si bürünc olub.
Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının son günündə döşək üzərinə 4 sərbəst güləşçimiz çıxıb. Onlardan Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Avropa Oyunlarının bürünc medalını qazanıblar.

Sərbəst güləşçilərin ilk yarış günündə pəhləvanlarımı 2 qızıl və 1 bürünc medal əldə ediblər. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala layiq görülüblər.

Qadın güləşçilərin yarışında zərif qəhrəmanlarımız 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz isə Azərbaycana iki dəst medal qazandırıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Bu nəticə ilə güləş komandamız Avropa Oyunlarında yalnız Rusiya yığmasından geri qalıb.


Teqlər:





Xəbər lenti