Çimərlik voleybolçularımız 1/8 finalda

Çimərlik voleybolçularımız 1/8 finalda
  18 İyun 2015    Oxunub:1842
I Avropa Oyunları çərçivəsində qadınlar arasında çimərlik voleybolu üzrə yarışan Azərbaycan voleybolçuları Zinaida Lyubimova və Vivyen Kunya finlandiyalı rəqiblərini 2:0 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə keçiblər.
AzVision.az xəbər verir ki, bu mərhələdə idmançılarımız İtaliya voleybolçuları ilə qarşılaşacaq.

Azərbaycanın digər voleybolçu cütlüyü Yuliya Kərimova və Rakel Fereyra isə təsnifat mərhələsində Çexiya idmançılarına 0:2 hesabı ilə məğlub olublar.


Teqlər:





Xəbər lenti