Güləşçilərimiz bürünc üçün çalışacaq- Yenilənir

Güləşçilərimiz bürünc üçün çalışacaq- Yenilənir
  18 İyun 2015    Oxunub:4010
Bu gün Bakı-2015 1-ci Avopa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına yekun vurulacaq.
AzVision.az xəbər verir ki, yarışın yeddinci günündə 4 çəki dərəcəsində yarışlar baş tutacaq. Daha 4 güləşçimiz bu gün döşəyə çıxacaq. İlk olaraq xalça üzərinə 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev çıxacaq. O, erməni Franqulyan Valodya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 10:49-də başlayacaq.

70 kq çəki dərəcəsində Ruslan Dibirqac ilk görüşünü polşalı Məhəmmədmurad Hacıyevə qarşı keçirəcək.

86 kq-da Nurmaqomed Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə üz-üzə gələcək. Bu qarşılaşma 10:56-da başlayacaq.

125 kq çəkidə isə Cəmaləddin Məhəmmədov mübarizəyə qoşulacaq. O, litvalı Rudaviçius Conasla qarşılaşacaq. Görüş 10:21-də start götürəcək.

***
Artıq Cәmalәddin Məhəmmədov litvalı idmançıyla mübarizəyə başlayıb və idmançımız 10-0 təmiz qələbə ilə 1/8 finala vəsiqə qazandı.
***
86 kq-da mübarizə aparan Nurmaqomed Hacıyev bolqarıstanlı Georgi Sredkov ilə üz-üzə gəlib. Güləşçimiz rəqibini 14:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

***
125 kq Cəmaləddin Məhəmməd 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb və güləşçimiz 5-2 uduzur.
***
86 kq-da mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev rusiyalı Abdulrəşid Sadulaev ilə qarşılaşıb və 11-1 hesbaı ilə uduzub.
***
70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev polşalı Maqomedmurad Hacıyevlə güləşib və Ruslan da polşalı rəqibinə 7-2 məğlub olub.
***
Bir az öncə erməni rəqibini məğlub edən Hacı Əliyev növbəti görüşünə çıxıb. O, slovakiyalı Mikola Balotnyukla görüşüb və 11:0 hesabı ilə təmiz qələbə qazandı.

***
Hacı Əliyev yarımfinalda rusiyalı Aleksandr Boqomoyevlə üz-üzə gəlib və hazrda hesab 1:1-dir. Güləşçimiz 5:2 hesabı ilə mğlub oldu
***
Nurmaqomed Hacıyev təsəlliverici görüşdə italiyalı Vasile Zuz Tudorla qarşılaşır. Güləşçimiz təsəlliverici görüşdə 10:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda yarışacaq.
***
Cəmaləddin Məhəmməd təsəlliverici görüşdə polşalı Baran Robertlə görüşür. O, 11-0 təmiz qələbə qazanaraq bürün medal üçün güləşəcək.
***
Ruslan Dibirhacıyev də təsəlliverici görüşlərə qatılacaq. Onun uduzduğu polşalı Maqomedmurad Hacıyev finala çıxdığından idmançımız bürünc medal şansını saxlayır. Ruslan Dibirhacıyevin təsəlliverici görüşdə rəqibi bolqarıstanlı Kirov Miroslavdır və o rəqibinə 4-1 hesabı ilə qalib gəlib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti