İki taekvandoçumuz finalda- Yenilənir

İki taekvandoçumuz finalda- Yenilənir
  18 İyun 2015    Oxunub:3589
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında daha 2 çəki dərəcəsi üzrə taekvondo yarışları keçiriləcək.
AzVision.az-ın məlumatına görə, qadınlar 67 kq, kişilər isə 80 kq çəki dərəcələrində mübarizəyə başlayacaqlar. Kişilərin yarışında Azərbaycanı Milad Beygi Harçeqani təmsil edəcək. Onun ilk rəqibi serbiyalı Damir Feyziç olacaq.

Qadınların mübarizəsində isə Fəridə Əzizova ilk döyüşünə çıxacaq. F.Əzizova ilk görüşündə hollandiyalı Joys van Baarenlə üz-üzə gələcək. Hər iki çəkidə qələbə qazanan taekvondoçular 1/4 finala yüksələcəklər.

***

Fəridə Əzizova rəqibinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. Taekvondoçumuz növbəti mərhələdə türkiyəli Nur Tatar ilə üz-üzə gələcək.

***

Azərbaycan təmsilçisi Milad Beiqi Harçeqani serbiyalı Damir Fejzicə 12-0 qalib gələrək növbəti mərhələyə çıxıb.
***
Fəridə Əzizova türkiyəli idmançıya qarşı mübarizəyə başlayıb. Görüşdə təmsilçimiz 6:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəldi.
***
Təmsilçimiz Beiqi Harçeqani 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gəlib. İdmançımız 17:5 hesabı ilə vaxtından əvvəl qalib gələrək yarımfinala vəsiqə qazanıb.
***
Fəridə Əzizova isveçrəli Elin Yohansenlə qarşılaşır və 2-1 öndədir. Görüş başa çatdı və idmançımız 5:2 hesabı ilə qalib gələrək finala çıxdı.
***
Beiqi Harçeqani portuqaliyalı Julio Ferreyra ilə qarşılaşıb və 6:2 hesabı ilə idmançımız qalib gələrək finala çıxıb.

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 yarış günündə ölkəmizin 4 taekvondoçusu çıxış edib. Onlardan Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti