Dollar bahalaşır, avro ucuzlaşır

Dollar bahalaşır, avro ucuzlaşır
  26 May 2015    Oxunub:1740
Bu gün mayın 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

"AzVision.az"ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 26-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0044 manat və ya 0,38% ucuzlaşaraq 1,1485 manat olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti