`Şərq Tərəfdaşlığı` yaxşı günlərini yaşamır – Sarkisyan

`Şərq Tərəfdaşlığı` yaxşı günlərini yaşamır – Sarkisyan
  22 May 2015    Oxunub:1982
Ermənistan prezidenti Serj Sarkisyan hesab edir ki, Avropa İttifaqının `Şərq Tərəfdaşlığı` proqramı öz əhəmiyyətini itirməyib.
““Şərq Tərəfdaşlığı” proqramı bu gün elə də yaxşı günlərini yaşamır. Lakin Ermənistan proqramın öz əhəmiyyətini itirdiyini düşünmür”, - deyə Sarkisyan Riqada “Şərq tərəfdaşlığı” ölkələrinin liderlərinin görüşü zamanı bildirib.

Sarkisyanın sözlərinə görə, gələcək əməkdaşlığın əsasında cəmiyyət və müəssisələrin yaradılması və inkişafı, insan hüquqlarının qorunması, korrupsiya ilə mübarizə, azad və ədalətli seçkilərin keçirilməsi, məhkəmə sisteminin azadlığı, azad rəqabətə əsaslanan bazar iqtisadiyyatının formalaşması ideyalarına sadiqliyi qorumaq lazımdır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti