Nazirlik işçiləri arasında atışma – Ermənistanda

Nazirlik işçiləri arasında atışma – Ermənistanda
  20 May 2015    Oxunub:3162
Ermənistanda nazirlik işçisi öz həmkarını güllələyib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissələrindən birində baş verib.

Məlumata görə, nazirlik işçisi öz həmkarına pnevmatik silahdan atəş açıb . Atəş açan şəxsin sözlərinə görə, hadisə təsadüfən baş verib. O, “həmin vaxt kənarda uçan quşa atəş açıb və təsadüfən həmkarına vurub”.

Yaralı işçi Varazdat Sedrakyan xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin kafim olduğu bildirilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti