İran Azərbaycana başsağlığı verdi

İran Azərbaycana başsağlığı verdi
  19 May 2015    Oxunub:3363
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib.
AzVision.az-ən xəbərinə görə, səfirin başsağlığı məktubunda deyilir:

“Bakı şəhəri Binəqədi rayonu yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərimi bildirirəm.

Bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına uca tanrıdan səbr diləyirəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti