Müsəlmanlar haqqında qalmaqallı film “Youtube”da

Müsəlmanlar haqqında qalmaqallı film “Youtube”da
  19 May 2015    Oxunub:4232
ABŞ Apelyasiya məhkəməsinin növbəti iclası zamanı İslam dini haqqında qalmaqallı film - “Müsəlmanların günahsızlığı” barədə qərar qəbul edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qərara əsasən “Google” filmin “Youtube”da yerləşdirilməsinə mane olmamalıdır.

Qeyd edək ki, daha əvvəl üç məhkəmə filimin video portaldan silinməsi barədə qərar qəbul etmişdi. Filmin hətta treyleri belə müsəlman cəmiyyəti arasında kəskin narazılıqla qarşılanmışdı.

Kaliforniyadan olan yəhudi əsilli Sem Besilin rejissoru olduğu “Müsəlmanların günahsızlığı” adlı 14 dəqiqəlik videorolik bir sıra müsəlman ölkələrində ciddi etirazlara səbəb olub. Bir qayda olaraq, etiraz aksiyaları həmin ölkələrdəki ABŞ diplomatik nümayəndəliklərinin qarşısında keçirilib.

2012-ci ilin sentyabrın 11-də Liviyanın Benqazi şəhərindəki ABŞ diplomatik nümayəndəliyinə silahlı hücum baş verib. Diplomatik nümayəndəlik əməkdaşlarına məxsus avtomobilə raket zərbəsi endirilməsi nəticəsində konsul Kristofer Stivens və nümayəndəliyin daha üç əməkdaşı həlak olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti