Dünyanı bir-birinə qatan rəssam “Charlie Hebdo”dan gedir

Dünyanı bir-birinə qatan rəssam “Charlie Hebdo”dan gedir
  19 May 2015    Oxunub:2401
Fransanın satirik “Charlie Hebdo” jurnalının baş karikaturaçısı Renald Luze jurnaldan gedir.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə karikaturaçı “Liberation” qəzetinə müsahibəsində bildirib.

Luzenin sözlərinə görə, o, yanvar ayında jurnalın redaksiyasına hücum nəticəsində yaranan kədər, ağrı və nifrət hissləri ilə bacara bilmir.

“Bu şəxsi qərardır. Son ana qədər mənim qərarım haqqında çox az adam bilirdi”, – deyə Məhəmməd peyğəmbərin karikaturasının müəllifi bildirilir.

Luze vurğulayıb ki, indiyə qədər başqa əməkdaşlarla həmrəy olduğu üçün jurnalda işləməyə davam edib. Terror aktı nəticəsində ölən həmkarları barədə Luze qeyd edib: “Digərləri getdiyi üçün jurnalın hər bir sayı mənim üçün işgəncə idi”

Rəsmi olaraq Renald Luze öz vəzifəsini bu ilin sentyabr ayında tərk edəcək.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti