Lotereyada 90 milyon uddu, sonra yoxa çıxdı

Lotereyada 90 milyon uddu, sonra yoxa çıxdı
  19 May 2015    Oxunub:2642
Avropada 16 ölkənin birgə təşkil etdiyi “Eurojackpot” lotereya oyununda naməlum şəxs 90 milyon avro pul udub.

AzVision.az xəbər verir ki, lotereya biletini Çexiyanın Şərqi Bohemiya bölgəsindən alındığı, qalibin isə mükafatı almaq üçün hələ müraciət etmədiyi bildirilir.

Mükafatın qalibi pulu 32 gün ərzində ala bilər. Praqa loto şirkəti olan “Sazka”nın sözcüsü Vaklav Freydman bildirib ki, külli miqdarda pul qazanan qaliblər mükafatı almaq üçün adətən 2-3 həftə sonra müraciət edir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti