Deputat Fransada I Avropa Oyunlarından danışacaq

Deputat Fransada I Avropa Oyunlarından danışacaq
  18 May 2015    Oxunub:1694
Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının “İdman üzrə genişləndirilmiş müqavilə” qurumunun İdarə Heyətinin iclasında iştirak etmək üçün mayın 19-da Fransaya səfər edəcək.
Parlamentdən AzVision.az-a verilən məlumata görə, Avropa Şurasının Strasburq şəhərində yerləşən Baş qərargahının binasında keçiriləcək toplantıda dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edəcəklər. Tədbir iştirakçıları bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədəki yeniliklər və bir sıra cari məsələlərlə bağlı müzakirələr aparacaqlar.

Deputatımız müzakirələr zamanı gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayacaq, ölkəmizdə idman sahəsinin qanunvericilik bazasının təkmilləşdirilməsi, bu ilin yayında keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verəcək. Səfər mayın 22-də başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti