Ərdoğan Krım tatarlarına söz verdi

Ərdoğan Krım tatarlarına söz verdi
  18 May 2015    Oxunub:1831
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krım tatarlarının rifah və təhlükəsizliyinin təmin olunması üçün onlara söz verəcəklərini bəyan edib.
AzVision.az xəbər verir ki, Ərdoğan bu barədə Krım tatar türklərinin sürgün edilməsinin 71-ci ildönümü ilə bağlı müraciətində deyib:

“İndiyə qədər olduğu kimi bundan sonra da Türkiyə Krım-tatar qardaşlarına dəstək olacaq.
1944-cü il 18 mayda baş verənlər tarixə qara ləkə kimi düşüb.Bu qeyri-insani sürgünü, həmin sürgün vaxtı yaşananları ağlı və vicdanı olan heç kəs unutmayacaq. Həmin sürgündə həyatını itirən krım-tatar qardaşlarıma rəhmət diləyirəm. Onların xatirəsini yad etmək Krım-tatar türkləri qarşısında insanlıq vəzifəmizdir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti