Ermənistanda qarşıdurma: İqtidarla müxalifət dalaşdı

Ermənistanda qarşıdurma: İqtidarla müxalifət dalaşdı
  18 May 2015    Oxunub:2292
Ermənistan parlamentində qarşıdurma yaranıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, qarşıdurma parlamentin iclasında müxalifət deputatları ilə iqtidar təmsilçiləri arasında baş verib.

İclasda müxalifətçilərin gündəlikdən kənara çıxaraq ölkədə elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı çıxışları spiker Halust Saakyanın qəzəbinə səbəb olub.

Saakyan erməni deputatlar Eqine Bişaryan, Naira Zöhrabyan, Levon Zurabyan, Ruben Akopyan və Zauri Postancyanın çıxışlarının qarşısını alıb.

Spiker onların çıxışlarının parlamentin gündəliyinə zidd olduğu üçüm bu addımı atmağa məcbur olduğunu bildirib.

Bundan sonra deputat Eqine Bişaryanın təklifi ilə Ermənistan parlamentarilər 20 dəqiqəlik fasiləyə ayrılıb.

Fasilədən sonra parlament öz işinə yenidən başlayıb. Lakin Saakyan müzakirələrin davam etdirilməsini elan etməyə hazırlaşan vaxt Respublika partiyasından olan deputat Seyran Saroyan qışqıraraq etiraz etməyə başlayıb.

Erməni jurnalistlərin sözlərinə görə, mikrofonsuz bağıran deputatın səsi bağlı qapılar arxasından, 20 metr aralıda da eşidib.

Hazırda erməni müxalifəti elektrik enerjisinin qiymətinin artması məsələsinin parlamentdə növbədənkənar müzakirəsi üçün imza toplama kampaniyası keçirir.

İyulun 7-dən Ermənistanda elektrik enerjisinin qiyməti 26,7% qalxacaq. Gecə saatları üçün isə artım 40% təşkil edəcək.

Qeyd edək ki, "Ermənistan Elektrik Şəbəkəsi" şirkəti bununla bağlı sənədi artıq İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına təqdim edib. Şirkət enerji qiymətinin birdən-birə 10 dram (milli valyuta) artıraraq, 58 drama çatdırmağı təklif edib. Bu da o deməkdir ki, təklifin qəbul olunacağı halda, enerjinin qiymətində 38% bahalaşma olacaq.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti