Bostonlu çeçenə ölüm hökmü
Ölüm hökmünün çıxarılması üçün 12 məhkəmə iclasçısının hamısının razılığı tələb olunurdu. Belə ki, əgər onlardan biri etiraz etsəydi, Çeçenistan Respublikasından olan 21 yaşlı Tsarnayev ömürlük həbsə məhkum ediləcəkdi.
Cövhər Tsarnayev işi üzrə məhkəmənin ikini mərhələsi aprelin 21-də başlayıb. O,30 maddə üzrə günahkar bilinib ki, onlardan 17-si ölüm cəzası idi.
Qeyd edək ki, 21 yaşlı Cövhər Tsarnayev qardaşı Tamerlanla 2013-cü il Boston marafonu zamanı 3 nəfərin ölümü, 264 nəfərin yaralanması ilə nəticələnən terror hücumunun iştirakçısı olub.
AzVision.az
Teqlər: