Əliyevlə Sarkisyan Riqada görüşə bilər
AzVision.az xəbər verir ki, bu barədə “RİA” Novosti-yə adının çəkilməsini istəməyən Avropa İttifaqının nümayəndəsi bildirib.
O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) Riqada münaqişə tərəflərinin prezidentlərini və yaxud xarici siyasət idarəsinin rəhbərlərini görüşdürəcəklər.
Avropalı diplomat bildirib ki, münaqişənin həllindəki format dəyişməz olaraq qalır: “Biz əminik ki, Minsk qrupunun həmsədr dövlətləri münaqişənin həlli üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Ancaq bu çox çətin sualdır”.
AzVision.az