Türkiyə gəmisini vuranlar danışdı: `Xəbərdarlıq etmişdik...`

Türkiyə gəmisini vuranlar danışdı: `Xəbərdarlıq etmişdik...`
  12 May 2015    Oxunub:2214
Liviya sularında Türkiyə gəmisini vuranlar açıqlama yayıb.
"TUNA-1" adlı Türkiyənin yük gəmisinin Liviya sahillərində həm qurudan, həm də havadan vurulması ilə bağlı danışan Tobruk limanına nəzarət edən silahlıların sözçusu Məhəmməd Hejazi gəminin Derna şəhərinə yaxınlaşmaması üçün xəbərdarlıq edildiyini deyib.

"Gəmi Derna sahillərindən 10 mil məsafədə vuruldu. Gəmini Derna limanına yaxınlaşarkən xəbərdar etdik. Bir ekipaj üzvü həyatını itirdi, bir də yaralı var".

"Tuna-1" gəmisinin kapitanı gəmidə 15 nəfərlik ekipaj üzvü olduğunu bildirib. Gəmidə olan heyət üzvlərindən 8-i türk, 6-sı gürcü və 1-i isə Azərbaycan əsilli olub.

Qeyd edək ki, "Tuna-1”yük gəmisinə Liviya ordusu həm havadan, həm də qurudan hücum edib. Hadisə zamanı Türkiyə vətəndaşı olan üçüncü dərəcəli kapitan həlak olub.
(Ans)


Teqlər:  





Xəbər lenti