Vurulan türk gəmisində azərbaycanlı da olub
Gəmiyə təşkil olunan hücumdan sonra yanğın baş verib. Ekipaj öz imkanları ilə yanğını söndürməyi bacarsa da gəmiyə ciddi ziyan dəyib.
Türkiyəyə doğru yola çıxan gəminin 24 saatdan sonra Fethiye limanında olacağı gözlənilir.
Qeyd edək ki, Türkiyəyə məxsus gəmiyə hücum olub. “Tuna-1”yük gəmisinə Liviya ordusu həm havadan, həm də qurudan hücum edib. Hadisə zamanı Türkiyə vətəndaşı olan üçüncü dərəcəli kapitan həlak olub.
Məsələ Türkiyə xarici işlər nazirliyinin sərt tənqidinə səbəb olub. Nazirliyin məlumatında bildirilir ki, hücum Tobruk limanına tabe olan hərbi güclər tərəfindən edilib.
“Tuna-1”yük gəmisi İspaniyadan yüklədiyi alçıpanı sahibinə təhvil vermək üçün Tobruk limanına tərəf istiqamət götürüb. Amma o, Tobruka 13 mil qalmış beynəlxalq sularda hücuma məruz qalıb. Sahildən artilerriya atəşinə tutulan gəmi uzaqlaşmaq istəyərkən onun üzərinə iki dəfə aviasiya hücumu olub.
Türkiyə tərəfi Liviyaya sərt şəkildə xəbərdarlıq edərək bölgədə üzən türk gəmilərinin təhlükəsizliyini təmin etməyi tələb edib.(ANS)