İngiltərədə 13 müsəlman deputat seçildi

İngiltərədə 13 müsəlman deputat seçildi
  11 May 2015    Oxunub:1601
Birləşmiş Krallıqda bir neçə gün əvvəl baş tutan parlament seçkilərində 13 müsəlman namizəd deputat seçilib.
AzVision.az xəbər verir ki, bu barədə İngiltərənin `Muslim News` qəzeti məlumat yayıb. Məlumata görə, deputatlardan 9-u Leyboristlər Partiyasından, 3-ü Mühafizəkarlar Partiyasından və 1-i isə Şotland Milli Partiyasından (SNP) seçilib.

Həmçinin SNP və Mühafizəkarlar Partiyasından ilk dəfə olaraq qadın millət vəkili mandat qazanıb.

Qeyd edək ki, Birləşmiş Krallıqda cəmi 2 milyon 800 min müsəlman yaşayır ki, bu da ümumi əhalinin 4,4 faizini təşkil edir.

Mayın 7-i baş tutan seçkidə Mühafizəkarlar Partiyasından 331 millət vəkili seçilməsi nəticəsində adı çəkilən partiya qalib gəlib və Mühafizəkarlar hökuməti tək qurmaq hüququ qazanıb.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti