Serj Sarkisyan: `Ermənilər əziyyət çəkirlər`

Serj Sarkisyan: `Ermənilər əziyyət çəkirlər`
  08 May 2015    Oxunub:2368
ABŞ-da səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması qərarını şərh edib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

“Erməni konyakı real olaraq Parisdə satılmır, lakin o, Rusiyada çox yaxşı satılır”, – deyə Sarkisyan “The Washington Post”a müsahibəsində bildirib.

Sarkisyanın sözlərinə görə, Aİİ-yə üzv olmaqla onlar “praqmatik qərar” qəbul edib.

Sarkisyan vurğulayıb ki, Ermənistan Avropa İttifaqının (Aİ) yaxşı əlaqələri var: `Lakin Ermənistan-Türkiyə sərhədi bağlı olduğundan Avropa ilə azad ticarət zonası haqqında razılaşma bizim üçün elə də faydalı olmazdı. Avropa ilə azad ticarət zonasının üstünlüklərindən yararlanmaq üçün Ermənistan iqtisadiyyatı hələ 10-15 il də inkişaf etməlidir: Lakin bu müddət ərzində də sağ qalmaq lazımdır və insanlar bu uzun prosesə dözməyə hazır deyillər`.

Sarkisyanın sözlərinə görə, Rusiya və Qərb münasibətlərinin kəskinləşməsindən ermənilər üç istiqamətdən əziyyət çəkir: Ermənistandan Rusiyaya ixrac, Ermənistana Rusiya investisiyaları və Rusiyada yaşayan ermənilərin pul köçürmələri.

“Əgər biz Aİİ-yə qoşulmasaydıq, onda daha böyük problemlərlə qarşılaşa bilərdik”, - deyə Sarkisyan vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti