Bu ölkə nəğd puldan imtina etdi

Bu ölkə nəğd puldan imtina etdi
  08 May 2015    Oxunub:1684
Danimarkada gələn ildən etibarən kağız pulların istifadəsi qadağan ediləcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkədə mağazalar, restoranlar və yanacaqdoldurma məntəqələrində nəğd puldan istifadə olunmayacaq. Ödənişlər kredit kartları vasitəsilə həyata keçiriləcək.

Bununla bağlı qanunun reallaşması üçün ölkədə lazımı şəraitin olduğu bildirilir. Belə ki, “Danske Bank” adlı bankın mobil ödəniş tətbiqetməsi hər 3 danimarkalıdan 1-nin telefonunda var. Bu isə o deməkdir ki, hər 3 danimarkalıdan 1-i nəğdsiz ödəniş sisteminə keçməyə hazırdır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti