Dünya Qarabağa qiymət verməməklə səhvə yol verir – Səfir

Dünya Qarabağa qiymət verməməklə səhvə yol verir – Səfir
  08 May 2015    Oxunub:1740
“Dünya ictimaiyyəti Dağlıq Qarabağdakı hadisələrə vaxtında qiymət versəydi, hazırda Ukraynada baş verənlərin şahidi olmazdıq”
Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Bakıda "Ukrayna İkinci Dünya müharibəsiində" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə əsasən, dünya ictimaiyyəti bu gün də Dağlıq Qarabağın işğalına müvafiq qiymət verməməklə yenidən səhvə yol verir: "Mən Azərbaycanın kədərini yaxşı başa düşürəm. Bütün bunları özün hiss etməsən, bunu başa düşmək mümkün deyil. Ermənistan Azərbaycan ərazilərini işğal etmiş təcavüzkar ölkədir".

AzVision.az


Teqlər:





Xəbər lenti